...

Malaziyanın "Petronas" şirkəti ARDNŞ-nin layihələrində birgə əməkdaşlıqda maraqlıdır

Energetika Materials 27 May 2014 17:05 (UTC +04:00)
Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Malaziyanın "Petronas" şirkətlər qrupunun prezidenti Tan Sri Dato Shamsul Azhar Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Malaziyanın "Petronas" şirkəti ARDNŞ-nin layihələrində birgə əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Malaziyanın "Petronas" şirkətlər qrupunun prezidenti Tan Sri Dato Shamsul Azhar Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ARDNŞ prezidenti "Petronas" şirkətinin nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Azərbaycanın dünya neft sənayesinə verdiyi töhfələrdən söz açan R.Abdullayev son illər ölkəmizin enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, ölkədə və xaricdə həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

"Petronas" şirkətlər qrupunun prezidenti bildirib ki, ARDNŞ və "Petronas" arasında əməkdaşlıq bir neçə ildir gerçəkləşdirilir, amma şirkət rəhbərlərinin görüşü ilk dəfədir baş tutur. Təmsil etdiyi şirkətlə ARDNŞ-nin əməkdaşlığının genişlənməsində maraqlı olduqlarını bildirən "Petronas" prezidenti Azərbaycan şirkətinin regionda gerçəkləşdirdiyi layihələrdən xəbərdar olduqlarını və bu layihələrdə birgə əməkdaşlıqda maraqlı olduqlarını deyib. Qonaq əmin olduğunu bildirib ki, əvvəlki illərdə olduğu kimi 2014-cü il və sonrakı illərdə də ARDNŞ-nin Azərbaycanda, eləcə də ölkə xaricində həyata keçirdiyi digər enerji layihələrinin inkişafı baxımından dinamik keçəcək, uğurlu olacaq.

ARDNŞ ilə "Petronas" arasında müxtəlif layihələrdə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlardan danışan R.Abdulayev qlobal layihələrdə birgə işləməkdə maraqlı olduqlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti