...

ARDNŞ-nin yay məktəbində iştiraka maraq artıb

Energetika Materials 4 Avqust 2014 12:11 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ARDNŞ-in Yay Məktəbi 2014"-ün rəsmi açılışı mərasimini keçirib.
ARDNŞ-nin yay məktəbində iştiraka maraq artıb

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ARDNŞ-in Yay Məktəbi 2014"-ün rəsmi açılışı mərasimini keçirib.

Trend-in məlumatına görə, bu il layihə iştirakçılarının sayı 50 nəfərə çatıb. Ümumilikdə, layihənin reallaşdırıldığı andan müraciət edənlərin sayı 1230 nəfər təşkil edib ki, onlardan cəmi 192 iştirakçı seçilib.

Yay məktəbinin açılışında iştirak edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tələbat olan sahələr üzrə kadrların hazırlanmasına yönələn layihənin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, 2010-cu ildən reallaşdırılan Yay məktəbi layihəsi gənclərin şirkətin fəaliyyəti ilə tanış olmağa və neft-qaz sahəsində biliklərinin artırmağa imkan verir.

Bu il ARDNŞ-nin Yay məktəbi avqustun 13-dək keçiriləcək. Yay məktəbi zamanı iştirakçılar ARDNŞ-nin fəaliyyəti ilə bağlı məlumatlandırılacaq, şirkət rəhbərliyi ilə görüşmək, bəzi istehsal müəssisələrinə baş çəkmək imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti