...

ARDNŞ və BP kadr hazırlığı üzrə iki sənəd imzaladılar

Energetika Materials 1 Sentyabr 2014 17:16 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin operatoru olan Böyük Britaniyanın BP şirkəti bu gün insan resursları sahəsində işçi qüvvəsinin inkişafı və əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıblar.
ARDNŞ və BP kadr hazırlığı üzrə iki sənəd imzaladılar

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin operatoru olan Böyük Britaniyanın BP şirkəti bu gün insan resursları sahəsində işçi qüvvəsinin inkişafı və əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıblar.

Trend-in məlumatına görə, tərəflər Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlıq haqqında saziş və işə uyğunlaşdırılmış qəbul və təyinat prosesi üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Saziş ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və "BP-Azerbaijan"ın rabitə, xarici əlaqələr və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov imzalayıblar. Memorandumu isə X.Məmmədov və "BP-Azerbaijan"ın kadrlar üzrə vitse-prezidenti Leyla Novruzova imzalayıblar.

İmzalanmış sənədlər neft-qaz sektorunda ehtiyac duyulan ixtisaslar üzrə yerli kadrların milliləşdirilməsi sahəsində tərəflər arasında əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək. Birinci sənədə əsasən, BP Səngəçal, Ümid, Əzimkənd və Qobustanda yaşayan yüzlərlə azərbaycanlı gəncə təhsil verməyi öz üzərinə götürüb. Bu sənəd, həmçinin ixtisaslı işçi kadrların hazırlanmasına öz töhfəsini verəcək.

Öz növbəsində, imzalanmış memorandum ölkənin əmək resurslarının rasional istifadəsi məqsədilə birgə fəaliyyətin tənzimlənməsi üçün etibarlı əsas yaradır. Bu sənəd ARDNŞ və BP-yə tələbat olan ixtisaslar üzrə milli kadrlar bazasını yaratmağa və bu bazadan rasional istifadə etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti