...

Azərbaycanda iri dəniz obyektinin tikintisi 2016-cı ilin sonuna başa çatacaq

Energetika Materials 15 Oktyabr 2014 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbirlər Emil İsmayılov, Aygün Bədəlova/

Azərbaycanda ARDNŞ-nin yeni nəsil üzən qazma qurğusunun tikintisi 2016-cı ilin sonuna başa çatacaq. Bunu çərşənbə günü Trend-ə "Caspian Shipyard Company LLC" şirkətinin prezidenti Çandru Sirumal Racvani deyib. Şirkət yeni qazma qurğusunun tikintisi çərçivəsində bəzi podrat işlərini həyata keçirir.

Ç.S.Racvaninin sözlərinə əsasən, yeni qazma qurğusunun tikintisi üzrə işlərə 2013-cü ildə başlanılıb, onun tamamlanması isə 2016-cı ilin sonuna təsadüf edəcək: "Tikinti prosesi bir neçə ay ərzində işə salınmanın tənzimlənməsi və sınaq işlərinin aparılmasını nəzərdə tutur. Yeni qurğu dənizin min metr dərinliyində 8 min metrlik quyuların qazılması üçün hesablanıb".

Tikinti işləri həm ARDNŞ-nin yeni Bakı Gəmiqayırma Zavodunda, həm də "Caspian Shipyard Company Ltd" şirkətinin inşaat sahəsində aparılacaq.

Yeni nəsil ilk qazma qurğusu ARDNŞ üçün tikilir. Qazma qurğusunun operatoru qismində "Caspian Drilling Company" çıxış edəcək (CDC-də 92,44 faiz iştirak payı ARDNŞ-yə məxsusdur). Qurğunun tikintisinin podratçısı Sinqapurun "Keppel FELS Limited" şirkəti seçilib. Şirkət ötən ilin iyununda CDC ilə tikinti işlərinin aparılması üzrə saziş imzalayıb.

Azərbaycanda yeni nəsil üzən qazma qurğusunun tikintisi layihəsinin dəyəri 1 116,7 milyon dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti