...

Bakıda "Cənub Qaz Dəhlizi"nin mümkün problemləri müzakirə olunacaq

Energetika Materials 10 Fevral 2015 17:40 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında tərəflər Dəhlizin reallaşdırılması zamanı ortaya çıxa biləcək problemləri nəzərdən keçirəcək.
Bakıda "Cənub Qaz Dəhlizi"nin mümkün problemləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında tərəflər Dəhlizin reallaşdırılması zamanı ortaya çıxa biləcək problemləri nəzərdən keçirəcək və iştirakçı şirkətlərlə birgə lazımi həll yolunu tapmağa çalışacaqlar.

Bu barədə çərşənbə axşamı Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas qarşıdakı iclasdan gözləntiləri barədə danışarkən bildirib.

Diplomatın sözlərinə görə, bu, kifayət qədər mühüm tədbirdir və onun ardınca bir sıra bu tip və aktual görüşlər keçiriləcək.

Fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası keçiriləcək. Artıq iclasda İtaliyanın iqtisadi inkişaf naziri Klaudio de Vinçentinin, Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri Panayotis Lafazanis, Kaxa Kaladze və Temenujka Petkovanın, eləcə də Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin iştirakı təsdiqlənib.

Tədbirə "Cənub Qaz Dəhlizi"nin bütün tranzit ölkələri (Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan) dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti