...

"Transanadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyə rəhbərlərinin siyasi iradəsini parlaq nümayiş etdirir"

Energetika Materials 30 Mart 2015 12:12 (UTC +04:00)
Bu barədə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Amos Xoçsteyn Türkiyənin "Hürriyyet" qəzetinə verdiyi müsahibəsində deyib.
"Transanadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyə rəhbərlərinin siyasi iradəsini parlaq nümayiş etdirir"

Azərbaycan, Bakı, 30 mart /Trend/

Transanadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyə rəhbərlərinin siyasi iradəsini parlaq nümayiş etdirir.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Amos Xoçsteyn Türkiyənin "Hürriyyet" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, TANAP enerji resursları ixracının diversifikasiyasının bariz nümunəsidir. A.Xoçsteyn TANAP-ın reallaşmasının vacibliyini də vurğulayıb. O qeyd edib ki, TANAP layihəsini Azərbaycanla birgə həyata keçirməklə Türkiyə bir daha sübut edib ki, Avropanın bir hissəsidir.

"Türkiyə ixracı"ndan danışan katib köməkçisinin sözlərinə görə, bu layihə enerji layihəsindən daha çox, siyasi layihə xarakteri daşıyır.

TANAP layihəsi vasitəsiylə Azərbaycanın "ŞahDəniz" yatağından çıxan qazın, Gürcüstandan keçməklə, Türkiyənin qərb sərhədlərinə qədər çatdırılması nəzərdə tutulub.
Kəmər vasitəsiylə ilk vaxtlar ildə 16 milyard kubmetr qaz ixrac ediləcək. Bundan təxminən 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropa üçün nəzərdə tutulub.

Qaz Türkiyəyə 2018-ci ildə, Transadriatik (TAP) qaz kəmərinin çəkilişindən sonra isə Avropaya daxil olacaq. Bu isə təxminən 2020-ci ilin əvvəllərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti