...

SOCAR bu il 1 milyard manat investisiya yatıracaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 15 Aprel 2015 17:41 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildə öz layihələrinə təqribən 1 milyard manat sərmayə qoyacaq.
SOCAR bu il 1 milyard manat investisiya yatıracaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:46-da yayılıb)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildə öz layihələrinə təqribən 1 milyard manat sərmayə qoyacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, sərmayələr Azərbaycanda SOCAR-ın həyata keçirilən layihələrinə yatırılacaq: "Bu vəsaitlər yeni quyuların qazılması üzrə işlərin yetirilməsi, platformaların tikintisi, qaz boru kəmərlərinin salınması, qazlaşdırma işləri üçün nəzərdə tutulub. Bütün bunlar neft və qaz hasilatını sabit səviyyədə saxlamaq məqsədilə həyata keçirilir".

S.Qasımov qeyd edib ki, 2014-cü ilin yekunları üzrə SOCAR-ın aktivləri 24 milyard manatı ötüb. Ötən il şirkətin gəlirləri 40 milyard manat, mənfəəti isə 1,1 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti