...

"Şahdəniz-2" çərçivəsində növbəti quyunun qazılması iyulda başa çatacaq

Energetika Materials 31 May 2015 20:43 (UTC +04:00)
“Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDG03 quyusunun qazılması üzrə işlər iyulda başa çatacaq.
"Şahdəniz-2" çərçivəsində növbəti quyunun qazılması iyulda başa çatacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir Maksim Tsurkov/

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDG03 quyusunun qazılması üzrə işlər iyulda başa çatacaq.

Bu barədə Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, "İstiqlal" qurğusundan aparılan qazma işləri iyulun ortalarında başa çatacaq: "Hazırda quyunun sonuncudan əvvəlki seksiyasında qazma işləri gedir. SDG03 quyusunda işlər başa çatdıqdan sonra "İstiqlal" üzən qazma qurğusu Bakı gəmiqayırma zavoduna təmirə göndəriləcək. Təmir işləri təqribən 9 ay davam edəcək".

Hazırda "Şahdəniz" yatağında, həmçinin Heydər Əliyev adına üzən qazma qurğusu işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti