Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
"Malayziyanın "Petronas" şirkəti Transadriatik qaz kəmərində (TAP) payın əldə edilməsi üzrə SOCAR-a müraciət etməyib".
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, "Petronas"ın belə niyyəti barədə məlumatı yoxdur: "Yəqin bu, kiminsə fikirləri və şərhləri olub, lakin "Petronas" TAP-da iştirak istəyini hələ rəsmi bəyan etməyib və heç kəs bu məsələ üzrə SOCAR-la danışıqlar aparmayıb".