Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Azərbaycan qazının Avropaya tədarükü 2022-2025-ci illərdə başlayacaq. Trend-in məlumatına görə, bunu "İzvestiya"ya müsahibəsində Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli deyib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropa İttifaqına tədarükü 2022-2025-ci illərdən tez olmayacaq, İran qazının tədarükünə isə daha gec başlanılacaq: "Avropa üçün Rusiya qazına alternativ Azərbaycan qazıdır".
Baş katib qeyd edib ki, Azərbaycan və İran qazları tədarük edilməyə başlanılandan sonra Avropanın Rusiyadan asılılığı azalacaq.