...

"Neft Daşları"ında meydançalararası estakadalar əsaslı təmir edilib

Energetika Materials 21 Oktyabr 2015 18:07 (UTC +04:00)
“Neft Daşları” NQÇİ-də yerləşən istehsalat obyektlərinin, həmçinin texnoloji avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi, mövcud hasilat quyularının səmərəliliyinin artırılması məqsədilə estakadaların təmirinə böyük önəm verilir.
"Neft Daşları"ında meydançalararası estakadalar əsaslı təmir edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

"Neft Daşları" NQÇİ-də yerləşən istehsalat obyektlərinin, həmçinin texnoloji avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi, mövcud hasilat quyularının səmərəliliyinin artırılması məqsədilə estakadaların təmirinə böyük önəm verilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu günlərdə yataqda yerləşən Çvanov-203 saylı meydançalararası estakada əsaslı təmir edilib. 1036 metr uzunluğunda estakadanın təmiri zamanı svaylar, dəmir beton tavalar, məhəccərlər və rigerlər yenilənib.

Bundan əlavə, Neft Daşlarındakı 1 saylı Neft və Qazçıxarma Sexi ilə 1936 və 810 saylı meydançalararası estakadanın da təmiri başa çatdırılıb. Burada 660 metr uzunluğunda estakada təmir edilmiş və korroziyaya uğramış metal konstruksiyalar yenisi ilə əvəz olunub.

Qeyd edək ki, təmir işləri "Azneft" İB-nin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti