...

Gürcüstan Azərbaycan qazını Rusiya qazı ilə əvəz etməyəck

Energetika Materials 24 Oktyabr 2015 15:57 (UTC +04:00)
Azərbaycan qazının Rusiya qazı ilə əvəz edilməsi barədə bu gün söhbət belə ola bilməz.
Gürcüstan Azərbaycan qazını Rusiya qazı ilə əvəz etməyəck

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan qazının Rusiya qazı ilə əvəz edilməsi barədə bu gün söhbət belə ola bilməz. Bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, Gürcüstan gələcəkdə də Azərbaycanla, o cümlədən SOCAR-la əməkdalığı davam etdirmək niyyətindədir: "Azərbaycan qazının Rusiya qazı ilə əvəz edilməsi barədə məsələ gündəmdə deyil. Söhbət ölkəyə və bazara lazım olan əlavə qaz həcminin əldə edilməsindən gedir. Artıq neçə illərdir əlavə qaz həcminin Rusiyadan alınması həyata keçirilir. Lakin bu gün ayrı-ayrı adamlar bunu siyasi problem kimi təqdim etməyə çalışırlar ki, guya Gürcüstan Azərbaycanı Rusiya qazı ilə əvəz etmək istəyir. Bu, yalandır. Biz uzun illərdir Azərbaycanla əməkdaşlıq edirik və bu gələcəkdə də davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti