...

SOCAR: Azərbaycan neft-qaz sahəsində insan resurslarını ixrac edə bilər

Energetika Materials 6 Noyabr 2015 13:18 (UTC +04:00)
Azərbaycan gələcəkdə neft-qaz sahəsində bütün dünya üzrə insan resursları ixrac edə bilər.
SOCAR: Azərbaycan neft-qaz sahəsində insan resurslarını ixrac edə bilər

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan gələcəkdə neft-qaz sahəsində bütün dünya üzrə insan resursları ixrac edə bilər. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

O bildirib ki, bunun üçün bütün əsaslarımız və imkanlarımız var.

X.Məmmədov qeyd edib ki, Azərbaycanda, həmçinin bir neçə elmi-tədqiqat institutu fəaliyyət göstərir: "Gələcəkdə Bakı Ali Neft Məktəbi elmi-tədqiqat fəaliyyəti ilə daha sıx məşğul olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti