...

SOCAR 12 minədək daimi iş yeri açacaq

Energetika Materials 13 Noyabr 2015 12:39 (UTC +04:00)
SOCAR iri layihələrin reallaşdırılması ilə 10-12 min daimi iş yeri açacaq.
SOCAR 12 minədək daimi iş yeri açacaq

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR iri layihələrin reallaşdırılması ilə 10-12 min daimi iş yeri açacaq. Trend-in məlumatına görə, bunu SOCAR-ın kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Bakıda keçirilən İnsan Resurları Forumunda deyib.

X.Məmmədov qeyd edib ki, "Cənub Qaz Dəhlizi", "Star" NEZ, "SOCAR Polymer", "Petkojen" və digər layihələr üçün 10-12 min daimi iş yeri açılacaq.

Onun sözlərinə görə, SOCAR-da işləyənlərin təqribən 55 min nəfərindən 17 faizi qadınlar, 83 faizi isə kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti