...

Dövlət Neft Fondu investisiya portfelinin strukturunu dəyişib

Energetika Materials 30 Dekabr 2015 18:10 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlər Neft Fondu (SOFAZ) 2016-cı il üçün öz investisiya portfelinin strukturunu dəyişib.
Dövlət Neft Fondu investisiya portfelinin strukturunu dəyişib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Respublikası Dövlər Neft Fondu (SOFAZ) 2016-cı il üçün öz investisiya portfelinin strukturunu dəyişib.

Trend-in məlumatına görə, 2016-cı ildə investisiya portfelinin 15 faizə qədəri səhmlərə, 10 faizə qədəri daşınmaz əmlaka, 5 faizə qədəri isə qızıla yatırıla bilər. 2015-ci ildə bu nisbət müvafiq olaraq 10,5 və 5 faiz təşkil edib.

SOFAZ-ın investisiya portfelinin məcmu dəyərinin 70 faizi pul bazarı və borc öhdəlikləri bazarının alətləri hesabına formalaşır, hərçənd cari il bu göstərici 80 faiz təşkil edib.

Bununla belə, SOFAZ-ın investisiya portfelinin valyuta strukturu dəyişməz qalıb. Bununla da aktivlərin 50 faizi ABŞ dollarında, 35 faizi avroda, 5 faizi İngiltərə funt-sterlinqində, qalan 10 faizi isə digər valyutalarda yerləşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti