...

SOCAR Azərbaycan regionlarının qazlaşdırılmasına yeni kredit cəlb edəcək

Energetika Materials 2 İyun 2016 11:49 (UTC +04:00)
SOCAR Azərbaycan regionlarının qazlaşdırılması üçün 198 milyon manat məbləğində kredit cəlb etməyi planlaşdırır.
SOCAR Azərbaycan regionlarının qazlaşdırılmasına yeni kredit cəlb edəcək

Bakı. Trend:

SOCAR Azərbaycan regionlarının qazlaşdırılması üçün 198 milyon manat məbləğində kredit cəlb etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan Mərkəzi Bankından cəlb olunmuş 500 milyon manatdan artıq vəsaitin 472 milyon manatı artıq istifadə edilib: ""Manatın devalvasiyası ilə əlaqədar ölkənin qazlaşdırılmasına əlavə 198 milyon manat cəlb etməyi planlaşdırırıq. Biz bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət etmişik ki, dövlət zəmanəti ilə kredit cəlb edək. Kredit Azərbaycan Beynəlxalq Bankından və ya Mərkəzi Bankdan cəlb olunacaq".

S.Qasımov deyib ki, ötən ilin sonlarında SOCAR artıq əvvəllər cəlb olunmuş kreditin ilk tranşını ödəyib: "Cari ilin sonunda biz ikinci kredit tranşını ödəməyə hazırlaşırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti