...

Malayziyanın "Petronas" şirkəti SOCAR-la əlaqələrini genişləndirməkdə maraqlıdır

Energetika Materials 20 İyun 2016 14:57 (UTC +04:00)
İyunun 20-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Malayziyanın "Petronas" şirkəti SOCAR-la əlaqələrini genişləndirməkdə maraqlıdır

Bakı. Trend:

İyunun 20-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, R.Abdullayev SOCAR və “Petronas” arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb, hər iki şirkətin birgə fəaliyyət göstərdiyi layihələrin uğurla həyata keçirildiyini, əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

SOCAR-da keçirdiyi əvvəlki görüşləri böyük məmnunluqla xatırlayan Datuk van Zulkiflee van Ariffin səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanda həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə iştirak etməkdən qürur duyduqlarını, bu layihələrin Malayziya və təmsil etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını bildirib. “Petronas”ın “Şahdəniz-2” layihəsində uğurla fəaliiyət göstərdiyini qeyd edən malayziyalı qonaq SOCAR-la əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb. O, Azərbaycanın qədim tarixə malik neft-qaz sənayesinin uğurlarını maraqla izlədiklərini söyləyib, ölkədə əlverişli və təhlükəsiz investisiya mühitinin mövcudluğunu, enerji sahəsində əməkdaşlıq üçün yaradılmış geniş imkanları məmnunluq hissi ilə qeyd edib.

R.Abdullayev SOCAR-ın həyata keçirdiyi layihələrdən söz açıb, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin qrafikə uyğun davam etdirildiyini, layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün tərəfdaşların vahid komanda şəklində fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. SOCAR prezidenti ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, ilk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılmasının mümkün olacağına əminliyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti