Bakı. Azad Həsənli - Trend:
Malayziyanın "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Qoşadaş" strukturunda kəşfiyyat işləri aparacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, gələcəkdə tədqiqatlar dərinləşdirilə bilər, lakin hazırda ümumi işlər, o cümlədən seysmik araşdırmalar aparılır.
X.Yusifzadə qeyd edib: "Bu işlərin nəticələri yaxşı olarsa, biz "Petronas"la danışıqlara başlayacağıq".