Bakı. Azad Həsənli – Trend:
İtaliyanın "Snam" şirkəti Yunanıstanın DESFA qaz operatorunun səhmlərinin bir hissəsini əldə etməyə hazırdır, bir şərtlə ki, SOCAR DESFA-dakı payın 66 faizini alacaq.
Bu barədə Trend Energy Press-ə istinadən məlumat verir.
"Snam"ın üzvü ötən gün Yunanıstanın Energetika Nazirliyinin nümayəndələri ilə görüşüb və şirkətin mövqeyini təsdiq edib.