...

Xəzərdə küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb

Energetika Materials 16 Dekabr 2016 16:37 (UTC +04:00)
İtkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.
Xəzərdə küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb

Bakı. Trend:

Dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, vertalyot və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb.

Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti