...

"Unibank" bu il 1,5 milyon manat ipoteka krediti verib

Energetika Materials 28 Fevral 2017 12:43 (UTC +04:00)
İlin əvvəlindən Unibank tərəfindən ümumi məbləği 1.5 milyon manat olan ipoteka krediti ayrılıb.
"Unibank" bu il  1,5  milyon manat ipoteka krediti verib

Bakı. Trend:

İlin əvvəlindən "Unibank" tərəfindən ümumi məbləği 1.5 milyon manat olan ipoteka krediti ayrılıb.

Bankdan Trend-ə verilən məlumata görə, 2016-ci ilin sonunda ayrılmiş 2 mln. AZN adi, 2 mln. AZN sosial limit isə hal-hazırda tam şəkildə bölünüb Bu günlərdə İpoteka Fondu tərəfindən Unibank-a ayrılan əlavə 5 milyon manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.

Qeyd edək ki, "Unibank" 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2 milyon manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib. Hazırda bankda 1089 aktiv kredit var.

İpoteka kreditləri Unibank-ın Bakıda “17 saylı” (“Sahil”), “Yasamal” və “8 saylı” filiallarında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

"Unibank" ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından - Unibank Mobile-dan ödəyə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti