...

Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər

Energetika Materials 4 İyul 2018 01:13 (UTC +04:00)
Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər
Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər

Bakı. Trend:

Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər. Bu barədə Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib: "Azərbaycanda elektrik enerjisi təchizatının bərpa edilməsi ilə əlaqədar ölkə Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər".

Xatırladaq ki, daha əvvəl Rusiyanın enerji şirkəti "İnter RAO" bildirmişdi ki, bazar ertəsi axşamdan qəza hallarında qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb. Tədarük 200 MVT həcmində həyata keçirilir.

İrana elektrik enerjisinin ixracının dayandırılması barədə danışan Yəhya Babanlı qeyd edib ki, elektrik enerjisi təchizatı tam bərpa olunduqdan və ölkənin enerji sistemində bütün problemlərin aradan qaldırılmasından sonra ixrac yenidən bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti