...

SOCAR Rusiya ərazisində neft yataqlarının satın alınması barədə

Energetika Materials 5 Aprel 2019 21:34 (UTC +04:00)
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya ərazisindəki Antipino neft emalı zavodunun və yataqların satın alınması barədə investisiya qərarı yoxdur
SOCAR Rusiya ərazisində neft yataqlarının satın alınması barədə

Bakı. Ləman Zeynalova - Trend:

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya ərazisindəki Antipino neft emalı zavodunun və yataqların satın alınması barədə investisiya qərarı yoxdur.

Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, SOCAR müntəzəm olaraq investisiya üçün imkanları nəzərdən keçirməklə bazarların təhlilini aparır:

“Antipino neft emalı zavodunun və yataqların satın alınmasına gəldikdə isə, hələlik bu layihələr üzrə investisiya qərarı yoxdur”.

İ.Əhmədov qeyd edib ki, əgər SOCAR gələcəkdə Rusiya ərazisindəki bu və ya digər layihələr barədə investisiya qərarı qəbul etsə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, SOCAR “Antipino neft emalı zavodu” SC və ona məxsus “New Stream - Moqutovskoye”, hasilat aktivləri, Qremyaçevsk və Vorontsovsk neft yataqlarını satın almağı planlaşdırır. Qəzet yazır ki, SOCAR müəssisələrin aktivlərinin 100 faizini satın almaq və onların 3 milyard dollar həcmində borcunu öhdəliyə götürmək niyyətindədir. Məlumata əsasən saziş ilin sonuna qədər imzalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti