...

Şefçoviç: Aİ və Türkiyə "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib

Energetika Materials 16 İyul 2019 12:32 (UTC +04:00)
Avropa İttifaqı və Türkiyə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib.
Şefçoviç: Aİ və Türkiyə "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) və Türkiyə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib.

Trend-in məlumatlna görə, bunu Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənubi Qaz Dəhlizi"nin iştirakçılarından biri olan Türkiyə ilə Aİ münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Aİ ilə Türkiyə arasında əməkdaşlıq potensialı çox yüksəkdir.

Vitse-prezident qeyd edib ki, layihə gələn il istismara veriləcək: "Bundan sonra Cənubi Avropa ölkələri, eləcə də Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Türkiyə ərazisi ilə nəql edilən Azərbaycan qazını alacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti