...

Bu il gündəlik neft hasilatı 769 min barrel olub

Energetika Materials 11 Fevral 2020 11:36 (UTC +04:00)
gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib.
Bu il gündəlik neft hasilatı 769 min barrel olub

Bakı. Trend:

2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barrel olub. Bunun 678 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti