...

SOCAR Pakistana ən ucuz qiymətə mayeləşdirilmiş təbii qaz təklif edib

Energetika Materials 29 Dekabr 2020 14:42 (UTC +04:00)
SOCAR Pakistana ən ucuz qiymətə mayeləşdirilmiş təbii qaz təklif edib

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci il fevralın 15-16-ı üçün Pakistana ən ucuz qiymətə mayeləşdirilmiş təbii qaz tədarükünü təklif edib.

Trend-in məlumatına görə, təklif olunan qiymət "Brent" markalı neftin qiymətinin 20,8483 faizini təşkil edir.

Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkəti 23-24 fevral tarixləri üçün Pakistana "Brent" markalı neftin qiymətinin 23,4331 faizinə bərabər mayeləşdirilmiş təbii qaz təklif edib.

Qeyd edək ki, SOCAR Aralıq dənizi hövzəsi, Asiya və digər regionları əhatə coğrafiyada mayeləşdirilmiş təbii qaz alıb satır. Bu məhsul üçüncü tərəflərdən alınır və ixrac edilir. SOCAR müntəzəm olaraq Pakistana karbohidrogenlər tədarük edir və gələcəkdə də bunu davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti