...

"Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək - Macarıstan XİN

Energetika Materials 11 Yanvar 2021 11:19
"Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək - Macarıstan XİN

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

Macarıstan "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla reallaşdırılmasını və Azərbaycanın bu layihədə aparıcı rolunu alqışlayır.

Bunu Trend-ə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin beynəlxalq energetika üzrə komissarı Dora Zombori deyib.

O bildirib ki, Avropaya qaz tədarükünün başlaması Avropa qaz bazarı üçün vacib mərhələdir:

"Yeni mənbə və alternativ marşrut olan "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinə və tədarükün şaxələndirilməsinə xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti