Bakı. Ləman Zeynalov - Trend:
Bu həftənin sonunda qaz anbarlarının doldurulması prosesinin başlanması gözlənilir.
Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, anbarlardan qaz götürülməsi prosesi qış mövsümünün başa çatması ilə əlaqədar dayandırılıb. O bildirib ki, qış mövsümünün sonunda anbarlarda qalan qaz ehtiyatı 800 milyon kubmetrə yaxındır.
Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur - "Qalmaz" və "Qaradağ". Hər iki anbar SOCAR-ın balansındadır.
(Tərcümə: Orxan Nəbiyev)