...

SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq

Energetika Materials 17 May 2021 12:18 (UTC +04:00)
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq

Bakı. Ləman Zeynalova - Trend:

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdəki Kulevi neft terminalında bitum məhsullarının aşırılması üzrə layihə ilə bağlı işlər aparılır.

Trend bu barədə terminalın saytına istinadən məlumat verir.

Qeyd olunur ki, tikinti işləri yaxın zamanlarda başa çatmalıdır:

"Əvvəlcə terminal xam neft, mazut və qazoylun yola salınması üçün nəzərdə tutulsa da, şirkət rəhbərliyinin həyata keçirdiyi genişləndirmə layihələri benzin, aviakerosin, metanol, benzol, maye piroliz qatranı kimi karbohidrogen və nefti-kimya məhsulları hesabına yola salınan məhsul çeşidlərini artırmağa imkan verib"

Məlumatda qeyd olunur ki, regional və qlobal bazarın tələblərinə uyğunlaşmaq üçün terminalın gücünü artırmaq qərarı verilib. Beləliklə, müştərilərin sifarişi ilə böyük həcmdə məhsulların emalı üçün 11 əlavə çənin tikintisi başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti