...

"SOCAR Polymer" ixracı 50 faizdən çox artırıb

Energetika Materials 1 İyul 2021 19:10 (UTC +04:00)
"SOCAR Polymer" ixracı 50 faizdən çox artırıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin yanvar-may aylarında "SOCAR Polymer" şirkəti 79 milyon dollar məbləğində məhsul ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalına istinadən məlumat verir.

Qeyd olunur ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 52,5 faiz və ya 27,2 milyon dollar çoxdur.

2020-ci ilin yanvar-may aylarında "SOCAR Polymer" şirkəti 51,8 milyon dollar məbləğində məhsul ixrac etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti