...

"Lukoyl" yeni neft yatağında ehtiyatların qiymətləndirilməsinə başlayacaq

Energetika Materials 2 Avqust 2021 18:25 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın "Lukoyl" şirkəti Meksikada yeni neft yatağının kəşfinin elan edilməsi ilə əlaqədar potensial ehtiyatların müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı planın hazırlıqlarına başlayacaq.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

İlkin hesablamalara əsasən, yeni yataqın geoloji ehtiyatları 200 milyon barel neft ekvivalentinə bərabərdir.

Qeyd olunur ki, yeni qazılmış "Sayulita-1 EXP" quyusu sahildən 70 kilometr məsafədə, dəniz səviyyəsindən 1 758 metr dərinlikdə yerləşir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti