...

"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb

Energetika Materials 26 Oktyabr 2021 19:16 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

"Lukoyl" şirkətinin "Şahdəniz" qaz-kondensat yatağı layihəsində Malayziyanın "Petronas" şirkətindən 15,5 faizlik payın satın alınması prosesində ABŞ-ın "Akin Gump" hüquq şirkəti məsləhətçi qismində iştirak edib.

Trend bu barədə "Akin Gump"a istinadən məlumat verir.

Qeyd olunur ki, sövdələşmənin dəyəri 2,25 milyard dollar məbləğində ölçülür. Bu əməliyyatın başa çatması müəyyən ilkin şərtlərin icrasından, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin razılığından asılıdır. Bu proseslə bağlı müvafiq saziş 2021-ci il oktyabrın 7-də imzalanıb.

Sövdələşmə başa çatdıqdan sonra "Lukoyl"un "Şahdəniz" layihəsində payı 25,5 faizə çatacaq.

Qeyd edək ki, "Şahdəniz" layihəsinin digər səhmdarlar "bp" (28,8 faiz), TPAO (19 faiz), SOCAR (10 faiz), NICO (10 faiz) və SGC (6,7 faizdir).

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti