Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 90,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 88,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)