...

bp AÇG üzrə xərcləri azaldıb

Energetika Materials 3 Noyabr 2022 16:49 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin üç rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 337 milyon dollar əməliyyat məsrəfləri və 1,204 milyard dollar əsaslı məsrəflər xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin eyni dövründə isə əməliyyat məsrəfləri 398 milyon dollar, əsaslı məsrəflər 1,243 milyard dollar təşkil etmişdi.

Beləliklə, bp-nin AÇG üzrə əməliyyat məsrəfləri 15,33 faiz, əsaslı məsrəflər 3,14 faiz azalıb.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti