...

Azərbaycan Hindistana təqribən 1 milyon ton neft ixrac edib

Energetika Materials 9 İyun 2023 09:06 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Hindistana 922,967 min tondan çox neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 10 faizini təşkil edir.

Trend xəbər verir ki, bu göstərici illik hesablamada 16,75 faiz və ya 132,427 min tondan çox artıb.

Hesabat dövründə Azərbaycandan Hindistana neft və neft məhsulları ixracı dəyər ifadəsində 543,045 milyon dollardan çox olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,72 faiz çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti