Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Niderlanda 126,5 milyon ABŞ dolları dəyərində 223,3 min ton həcmində bitum süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,7 milyon dollar və ya 18,4 faiz, həcmi baxımından isə 54,3 min ton və ya 32,2 faiz artıb.
Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Niderlanda 106,8 milyon ABŞ dolları məbləğində 169 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd olunub ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996 milyon ton həcmində bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.