...

Yanvar-fevral aylarında neft koksunun ixracından əldə olunan gəlirlər məlum olub

Energetika Materials 17 Mart 2026 19:34 (UTC +04:00)
Yanvar-fevral aylarında neft koksunun ixracından əldə olunan gəlirlər məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 18,7 milyon ABŞ dolları dəyərində 45,8 min ton neft koksu ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,5 milyon ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımından isə 17,4 min ton və ya 1,6 dəfə çoxdur.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracının 0,51 faizini təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz, fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti