Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlirləri məlum oldu

Energetika Materials 16 İyul 2026 14:49 (UTC +04:00)
Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlirləri məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın yanvar–iyun aylarında neft bitumu ixracından əldə etdiyi gəlirlərin həcmi açıqlanıb.

Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan 2,341 milyon ABŞ dolları dəyərində 8,109 min ton neft bitumu ixrac edilib.

Bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,34 milyon ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımından isə 4,277 min ton və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracının 0,01 faizini təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Qurumun məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.

Trend-in hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.

Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.

Vurğulanır ki, nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti