Azərbaycandan Almaniyaya ixrac olunmuş neftin həcmi açıqlandı

Energetika Materials 5 Avqust 2026 19:18 (UTC +04:00)
Azərbaycandan Almaniyaya ixrac olunmuş neftin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycandan Almaniyaya ixrac olunmuş neftin həcmi açıqlanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 210,9 milyon ABŞ dolları dəyərində 360,3 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.

Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 91,5 milyon ABŞ dolları və ya 30,3 faiz, həcm baxımından isə 202 min ton və ya 35,9 faiz azdır.

Komitənin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 302,4 milyon ABŞ dolları dəyərində 562,3 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.

Komitənin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495 milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti