...

2010-CU İLDƏN ETİBARƏN "KAŞAQAN" BAKIYA İLDƏ 500 MİN BAREL NEFT VERƏCƏK

Energetika Materials 11 İyul 2005 17:27 (UTC +04:00)

2010-cu ildən etibarən Eni, Inpex, TotalFinaElf i Conoco-Phillips şirkətləri "Kaşaqan" yatağından Bakıya tankerlərlə sutkada 500 min barel (ildə 25 mln ton) neft gətirmək niyyətindədir.

Bu barədə Trend agentliyinə layihəyə yaxın mənbədən məlumat verilib. Bu şirkətlər BTC Co-nun tərkibinə daxildir və eyni zamanda Qazaxıstan layihəsinin işlənməsində iştirak edir.

Mənbənin sözlərinə görə, bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönəldiləcək. "Məsələ burasındadır ki, məhz bu dövrdə "Azəri-Çıraq-Günəşli" yatağından borunun ümumi gücü ildə 50 mln ton olmaqla, ildə 40-42 mln ton neft tədarük ediləcək", - deyə, mənbədən bildiriblər.

Neftin bir hissəsinin "Kaşaqan"dan Bakı-Supsa neft kəməri ilə tədarük olunacağı ehtimal edilir. Həmçinin neftin "şimal" marşrutu ilə tədarükü də istisna olunmur.

Xəbər lenti

Xəbər lenti