...

Glən il Gürcüstana Azərbaycan benzinin idxalı davam edəcək

Energetika Materials 21 Dekabr 2005 19:34 (UTC +04:00)

Glən il Gürcüstana Azərbaycan benzinin idxalı davam edəcək. "Praym-Nyus"un neft məhsulları istehsalçıları və idxalçıları birliyindən verdiyi məlumata görə, benzinin keyfiyyətli normaları haqqqında qanunda düzəlişlər edilib və həmin düzəlişlərə görə, benzinin yeni yaxşılaşdırılmış standartları ən azı bir il tətbiq edilməyəcək. Trend in məlumatına görə, bu sənəd Gürcüstanda benzinin yeni standartlarının tətbiqini nəzərdə tutur.

Gürcüstanda istifadə olunan Azərbaycan benzini 70% -ə yaxın təşkil edir.

Yaranmış mürəkkəb iqtisadi vəziyyətdən çıxış edən Gürcüstan hökuməti əhalini əlavə yükdən azad etmək üçün ən azı bir il benzinin yeni standartlarının qüvvəyə minməməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti