"Azərenerji" Səhmdar Cəmiyyətinin əvvəllər Bayva paylaşdırıcı şirkətinin balansında olan enerji şəbəkələrinin idarə olunması məsələsində qarşısına qoyduğu birinci növbəli vəzifə sayğacların quraşdırılmasıdır. Trend in verdiyi xəbərə görə, bu barədə şirkətin vitse-prezidenti Marlen Əsgərova istinadən "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Hazırda bu şəbəkələrdə əsas məsələ elektrik enerjisindən israfçılıqla istifadə edilməsi və enerji ödənişininə səhlənkar münasibətlə bağlıdır. Məlumata görə, bu gün maya dəyəri, nəqli, itkiləri, amortizasiyası və digər məsələlər nəzərə alınmaqla elektrik enerjisinin qiyməti indikindən on dəfə çoxdur.
Elektrik enerjisindən istifadəyə bu cür yanaşma onun sabit və fasiləsiz işini təmin edən yerli elektrik şəbəkələrində yüklənmənin azalmasına gətirib çıxarır. M.Əsgərovun qeyd etdiyi kimi, hazırda rayonların enerji təsərrüfatları ağır vəziyyətdədir. Bu, elektrikverici xətlərin və transformatorların mənəvi və fiziki baxımdan köhnəldiyi və hazırki yüklənmələr üçün nəzərdə tutulmadığı ilə izah edilir. Bu şəbəkələrə kapital qoyuluşu proqramı istifadə olunan elektrik enerjisinə görə ödənişlərin toplanması probleminin həllindən asılıdır.