...

ARDNŞ Supsadan mənfəət neftinin satışı üzrə tender elan edib

Energetika Materials 19 May 2006 12:37 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti 1 mln barel Azeri Light növlü neftin satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib.

İyunun 22-23-də neft partiyası Gürcüstanın Supsa limanından yüklənəcək. Tenderə mayın 25-də yekun vurulacaq.

Bundan əvvəl ARDNŞ-in elan etdiyi tenderdə elə bu həcmdə nefti Almaniyanın Select Energy treyderi alıb. 2005-ci ildə ARDNŞ-dən Azərbaycanın yüngül neftini, həmçinin, Glencore, Arcadia, Unipetrol, Total, R-Trading və Tupras şirkətləri də alıb.

Xəbər lenti

Xəbər lenti