...

MakDermott şirkəti "AÇG" üzrə ABƏŞ üçün əlavə işlər görəcək

Energetika Materials 15 Avqust 2006 12:27 (UTC +04:00)

C.Rey MakDermott, C.A. şirkətinin Xəzər bölgəsində fəaliyyət göstərən törəmə şirkəti MakDermott Kaspian Kontraktorz, İnk. (MakDermott) artıq mövcud müqavilə çərçivəsində əlavə işlərin yerinə yetirilməsi üçün operatoru BP olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) podrat aldığını bildirib. Bu barədə Trend ə şirkətdən xəbər veriblər.

Podratda yaşayış blokları olan qazıntı və hasilat üçün "Mərkəzi Azəri" platforması və Kompressor və Suvurma platforma üçün kompressor modullarının hazırlanması nəzərdə tutulub. "Bu podratın verilməsi bölgədə dəniz yataqlarının işlənməsində əldə etdiyimiz nailiyyətləri və ABƏŞ-in bizə olan etimadını əks etdirir. Layihələr tamamlandığına görə, Azərbaycanda ABƏŞ və BP üçün görəcəyimiz işlərin həcminin azalmasına baxmayaraq, bu podrat bu layihələr üzrə işimizi davam etdirməyə imkan yaradacaq", - deyə şirkətin Xəzər bölgəsindəki əməliyyatlar üzrə vitse-prezidenti və Baş meneceri Den Hauzer bildirib.

Kompressor və suvurma platforması üçün və "Mərkəzi Azəri" platforması üçün lay suyunun və səmt qazının emalı üçün kompressor modullar Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və dərin sulu "Günəşli" ("AÇG") yataqlarının işlənməsi üzrə ABƏŞ layihəsinin Faza 3 çərçivəsində artıq mövcud qurğulara əlavə olaraq hazırlanacaq.

İşlərin həcminə modulların hazırlanması, onların quruda yığılması və tam komplektləşdirilməsi, istismarqabağı yoxlanması və onların dənizdəki platformada quraşdırılması üçün yola salınması daxildir. Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunun (BDÖZ) infrastrukturundan, avadanlıq və kadrlarından istifadə etməklə görüləcək işlərin 2006-cı ilin sonuncu rübündə başlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti