...

Azərbaycan Aralıq dənizində öz tanker donanmasını yarada bilər

Energetika Materials 30 Avqust 2006 15:37 (UTC +04:00)

Neft emalı zavodlarına birbaşa neftin çatdırılmasını təmin etmək üçün Azərbaycan Aralıq dənizində öz tanker donanmasının yaradılmasını istisna etmir.

Azərbaycan Dövlət Neft Şirkətindən Trend ə xəbər verildiyi kimi, bu cür tanker donanması dövlət müəssisəsi olmaya da bilər. "Donanmanı Dövlət Neft Şirkətinin payı olan Azərbaycan özəl şirkəti yarada bilər", - deyə şirkətdə bildirilib.

ARDNŞ ölkədə həyata keçirilən xarici kapitallı neft-qaz layihələrində iştirakla yanaşı, öz hesabına Azərbaycan yataqlarında hasilat işləri də aparır.

"Hal-hazırda neft emalı zavodlarına birbaşa neftin çatdırılmasına dair danışıqlar davam etdirilir. Daha böyük həcmli xammal ixracına başlayacağımız təqdirdə neft emalı zavodları da bizim neftimizin çatdırılmasını planlaşdıra bilərlər və biz öz ixracatımızı planlaşdıra bilərik", - deyə ARDNŞ-də bildirilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, trendinqin təşkili üçün böyük həcmdə neft tələb olunacaq. "Bunun üçün elə həcm tələb olunacaq ki, satış zamanı treydinq əməliyyatları öz xərcini ödəmiş olsun", - deyə ARDNŞ-də yekunlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti