...

Energetika naziri: Gürcüstan Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın birinci partiyasını gözləyir

Energetika Materials 13 Sentyabr 2006 20:52 (UTC +04:00)

Yaxın həftə ərzində Gürcüstan Cənubi Qafqaz boru kəməri vasitəsi ilə nəql olunacaq "Şahdəniz" yatağından Azərbaycan qazının ilk partiyasını gözləyir.

Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, Gürcüstanın energetika naziri Nikolae Gilauri bu gün hökumət toplantısından sonra baş tutmuş brifinqdə bildirib ki, ilin sonuna qədər Gürcüstan təxminən 60 mln. kubmetr qaz alacaq.

Trend in müxbirinin "Türkiyənin hazırda texniki səbəblərdən qəbul edə bilmədiyi qazı Gürcüstan ala bilərmi" sualına cavab verən nazir qeyd edib ki, bu barədə, eləcə də qaz boru kəməri tam miqyasda işə salındıqdan sonra əlavə həcmlərlə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

Nazirin sözlərinə görə, hazırda müqaviləyə əsasən, Gürcüstan 2007-ci ildə 250 mln. kubmetr qaz ala bilər, perspektivdə isə ölkə əlavə həcmlər də almaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti