...

Azərbaycan neftinin qiyməti aşağı düşməkdə davam edir

Energetika Materials 14 Sentyabr 2006 13:28 (UTC +04:00)

Sentyabrın 13-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $62,23 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,67 aşağı dşüb). Neft Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, sentyabrın 13-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $63,09 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,69 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Sentyabrın 13-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,63 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,79 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

Sentyabrın 13-də bir barel DTD neftinin qiyməti $61,58 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,77 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti