...

Türkiyənin Ceyhan limanından ilk dəfə olaraq Azərbaycan nefti ILCC tipli tankerə yüklənib

Energetika Materials 29 Yanvar 2007 12:31 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından hasil edilən və Bakı-Tbilsi-Ceyhan boru kəməri ilə Azərbaycandan Türkiyənin Ceyhanda yerləşən terminalına tədarük edilən neft ilk dəfə olaraq Iery Large Crude Carrier (ILCC) tipli, dedveyti 2 mln. barel olan tanker tərəfindən qəbul edilib. Bu barədə AÇG-nin operatoru "BP- Azerbaijan" şirkətindən Trend ə bildiriblər.

Şirkətdən bildiriblər ki, fevralda terminala ILCC tipli daha bir tanker gələcək ki, bu tanker tamamilə 2 mln. barel neftlə yüklənəcək.

Neft daşımaları bazarında işləyən treyderlər Trend ə bildirib ki, 2 mln. barel neft partiyası fevralın 10-11-də AÇG layihəsi iştirakçısı "Statoil" şirkəti tərəfindən yüklənəcək.

Treyderlərin verdiyi məlumata görə, fevralın 8-də Geychanda ümumi həcmi 5,957 mln. bar. təşkil edəcək neft partiyası 8 tankerə yüklənəcək.

ARDNŞ neft partiyasını 2007-ci ildə Ceyhanda aşağıdakı şirkətlər əldə edib:

"Glencore Energy UK Ltd" - yanvar (1 mln. barel);

"IİLMA OİL S.L" - yanvar - fevral (1 mln. barel);

"Select Energy GmbH" - fevral (600 min barel).

Hazırda ARDNŞ 1 mln. barel həcmində daha bir neft partiyasının satışı ilə bağlı tender elan edib, bu partiya Ceyhanda fevral-mart aylarında realizə ediləcək.

Xəbər lenti

Xəbər lenti