...

Wintershall Azərbaycanın dəniz yatağında kəşfiyyat quyusu qaza bilər

Energetika Materials 2 Mart 2007 10:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Əşrəfi" yatağının işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) ilə "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalamış Almaniyanın Wintershall şirkəti sahədə ehtiyatların dəqiqləşdirilməsi məqsədilə kəşfiyyat quyusu qaza bilər. Bu barədə ADNŞ-dən məlumat verilib.

Ekspertlərə görə, quyunun qazılmasında Heydər Əliyev adına qurğu (keçmiş LİDER) istifadə oluna bilər.

Hazırda "Əşrəfi" yatağının işlənməsi üzrə əməliyyatlara hazırlıq gedir. Tədqiqat işlərində karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsi, həmçinin iş proqramını hazırlamaq nəzərdə tutulub.

İlkin qiymətləndirməyə əsasən, yatağın ehtiyatları 35-40 mln. ton neft və 20-25 mlrd. kub metr qaz həcmindədir.

Əvvəllər bu yataqda xarici şirkətlər tərəfindən kommersiya cəhətdən cəlbediciliyi olmayan karbohidrat yataqlarının aşkar olunması səbəbindən işlər dayandırılmışdır. "Əşrəfi-Dan-Ulduzu" perspektiv strukturunun işlənməsi üzrə müqavilə 1996-cı ilin dekabrın 14-də imzalanıb. Layihənin iştirakçıları: BP-30%, Unocal - 25,5%, Itochu - 20%, Delta Hess - 4,5%, ADNŞ - 20%.

Xəbər lenti

Xəbər lenti