Azərbaycan, Bakı/ Trend / "Əşrəfi" perspektiv strukturu üzrə imzalanmış memorandum çərçivəsində işlərin davam etdirilməsi məsələsi bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev "Vinterşal" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rayner Svitserlotun görüşündə müzakirə olunub. Bu barədə məlumatı ARDNŞ yayıb.
R. Svitserlot bildirib ki: "Azərbaycanla Avropa, ilk növbədə Almaniya arasında enerji sahəsində əməkdaşlığı intensivləşdirməyə ehtiyac görürük"
Wintershall hazırda bu yataqda texniki göstəricilərin öyrənilməsi üçün kəşfiyyat quyusunun qazılmasını davam etdirir.
Almaniya bu yataqda ehtiyatların öyrənilməsi üçün quyu qazmaq niyyətindədir.
Bu, PSA müqaviləsi imzalandıqdan sonra həyata keçiriləcək. İlkin qiymətləndirməyə görə, yataqdakı ehtiyatların həcmi 35-40 mln. ton neft və 20-25 mlrd. kubmetr həcmində qaza bərabərdir.
"Əşrəfi-Dan Ulduzu" perspektiv strukturunun işlənilməsi layihəsi 14 dekabr 1996-cı ildə imzalanıb. Layihənin iştirakçıları: BP-30%, Unocal - 25,5%, Itochu - 20%, Delta Hess - 4,5%, ARDNŞ - 20%.